|
TURAN KALKIP AYAĞA
turan qalxıp ayaga
Nə qaldı haqq anına?
DÖvran o ana gəlməz.
Mən bilirəm dalımca
Dost, qardaş, ana gəlməz.
Özüm özümə sirrəm,
Cənnətə çətin girəm;
Deyirlər ki, kafirəm
Haqq nuru mənə gəlməz.
On uyğur, Doqquz Oğuz,
İçində mən yalqız.
Dərdimi sevdiyim qız,
Söyləsəm, sona gəlməz.
Tanrı övladıyam mən.
Yeddinci qatdan gələn.
Mayası qurddan gələn
Özgə bar dinə gəlməz.
Şamanam -- içim göz-göz
Tanrımız deyir ki, döz.
Nədən türk haqda bir söz
Körklü Qurana gəlməz?!
Düşmənə doğubdu dan,
Bağırır min ağızdan!
-- Meteden, ya Oğuzdan
Bir də Turana gəlməz.
Bayrağına qurd yapan,
Turan adlı yurd yapan,—
Min ildir gözləyən can,
Səbirdən cana gəlməz.
Gün gələr deyə-deyə,
Üz tutduq sirli gÖyə
Qanımı tökən niyə
Bəs özü qana gəlməz?
Aynlıq var, var öndə,
Tək olacam gələndə.
Dərd odur ki, öləndə
Xəbərim sənə gəlməz.
And olsun Tanrı dağa,
Ota, gülə, yarpağa!
Turan qalxıb ayağa
Qılınclar qına gəlməz
rustem behrudi
Y.N:Şiirin okunmasını istiyorsan latin alfabesine çevir.Bu şekilde hiç anlaşılmıyor.
|